Mətbuat Şurasının sədri Əflatun Amaşov “Kütləvi informasiya vasitələri haqqında” qanuna düzəliş edilərək internet media resurslarının KİV olaraq dövlət qeydiyyatından keçmələrinin təmin olunmasından danışıb.
Oxu.az yazır ki, Əflatun Amaşov medianın nəzarətə götürülməli olduğunu deyib.
“Ayrıca media peşəkarlığı institutu formalaşdırılmalıdır. Redaksiyaların texniki bazası daha da gücləndirilməlidir. KİV-lər üçün reklam mühiti olmalıdır. Bizi tam peşəkarlığa çatmaq üçün məhz bu tədbirlər gözləyir”.