Bazar, 16 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Dövlətə xəyanətdə ittiham edilərək öldürülən hərbçilərin günahsız olduğu məlum olub

18 İyul 2018
A A
Dövlətə xəyanətdə ittiham edilərək öldürülən hərbçilərin günahsız olduğu məlum olub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən hərbi paraddan. Foto: president.az

2017-ci ilin mayında 200 nəfərə yaxın hərbi və mülki şəxslər Ermənistan kəşfiyyatına xidmət göstərərərək məxfi məlumatlar ötürməkdə ittiham olunaraq həbs edilir.

Daha sonra həbs edilənlərin bəziləri müəmmalı şəkildə ölür.

Ifact.ge ölən hərbçilərdən biri Süleyman Kazımovun yaxınları ilə danışıb.

Süleyman Kazımov 10 uşaqlı ailədə doğulub və uşaqlıqdan hərbçi olmaq istəyib. O, 9-cu sinfi başa vurduqdan sonra Bakıdakı Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub. Əvvəlcə Ağdamdakı hərbi hissədə 6 il batalyon komandiri kimi çalışıb, daha sonra Tərtərə təyin edilib.

Həbslər və nəticəsi barədə

Adını açıqlamayan mənbələr deyir ki, istintaq zamanı hərbçilər işgəncəyə məruz qalıb və ölüm halları baş verib. Ölənlərin sayını isə dəqiqləşdirmək mümkün olmayıb. Ölən hərbçilər arasında olan kapitan Süleyman Kazımov ötən il mayın 7-də Mingəçevirdəki hərbi hissədə ölənədək döyülüb. Ailəsinə isə deyilib ki, S.Kazımov avtomobil qəzasında ölüb. Cəsədi doğulduğu Amankəndə gətirilib və uzun sürən mübahisədən sonra onun yalnız üzü ailə üzvlərinə göstərilib.

Hərbçinin ailəsinə 11 min manat birdəfəlik sığorta pulu ödənib və kapitanın aylıq 1050 manat əmək haqqı da onlara verilməkdə davam edir.

Öldürülən hərbçilərin ailələrinin tələbi

Kazımovun ailəsi və digər əsgərlərin də ailələri zabitlərin ölümündə günahkar olanların tapılması məqsədilə hərbi prokurorluğa müraciət ediblər. Müstəntiq Hümmət Məmmədov deyib ki, onun ölümündə təqsirləndirilən üç zabit var. Bu iş artıq məhkəməyə də göndərilib. Kazımovun adının çəkilməsini istəməyən qohumu deyir ki, H.Məmmədov onlara Süleymanın ölümünün anlaşılmazlıqdan olduğunu deyib.

Amma 1 ay yarım sonra Kazımovun həyat yoldaşına hərbi prokurorluqdan onun ittiham edildiyi cinayət əməlinin sübuta yetirilməməsi və bu səbəbdən cinayət işinə xitam verilməsi haqda rəsmi sənəd də verilib.

Ailə üzvləri hesab edir ki, Süleyman Kazımova da şəhid adı verilməlidir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia