Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsini (OCCRP) Azərbaycana qarşı dezinformasiya yaymaqda ittiham edib.
XİN sözcüsü deyib ki, 2017-ci ilin payızında yayımlanan “laundromat” adlı jurnalist araşdırması tamamilə əsassızdır.
“Həmin materiallarda hər hansı araşdırma və fakt ortaya qoyulmadan Azərbaycan əleyhinə kampaniya aparılıb. Biz bunu bilavasitə “soyuq müharibə” dövrünü xatırladan informasiya kampaniyası kimi qiymətləndiririk”.