No Result
View All Result
İki gündür ki, Şəkinin mərkəzi bazarında qəssablar bazar rəhbərliyinin mal-qaranın mütləq xüsusi olaraq ayrılmış yerdə kəsilməsi ilə bağlı yeni qayda tətbiq etməsinə etiraz olaraq tətil edir.
Turana-a danışan etirazçılar deyib ki, əgər mal-qara xüsusi ayrılmış yerlərdə kəsilsə onda hər kəsilən heyvan üçün sahibindən 4 manat tələb edirlər.
Nə baş verə bilər: Yerli sakinlər tətilin ət çatışmazlığına və ətin bahalaşmasına səbəb olacağından ehtiyatlanırlar. Qəssablar hesab edirlər ki, ətin qiymətinin bahalaşması tələbatın azalmasına gətirib çıxara bilər və ziyana dönər.
Qiymətlər necə idi: İndiyədək bazarda qoyun ətinin bir kiloqramını 7-10 manata, mal ətini 10 manata almaq olurdu.
No Result
View All Result