İranın xəbər agentlikləri prezident adminstrasiyasının rəhbəri Mahmud Vaezi-yə istinadla yazırlar ki, ABŞ prezidenti Donald Trump İran prezidenti Həsən Ruhani ilə görüşmək üçün İran nümayəndə heyətindən xahiş edib.
Adminstrasiyasının rəhbəri Mahmud Vaezi deyir ki, İran heyəti xahişlərə cavab verməyib.
“ABŞ-la münasibətlərimizlə bağlı şəffaf siyasətimiz və aydın mövqeyimiz var… təzyiqə boyun əyməyəcəyik”, – Vaezi bildirib.
İki ölkə liderləri 1979-cu il İslam inqilabından bəri görüşməyib.