Şənbə, 24 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İlham Əliyevin Fransada görüşdüyü şirkətlər nə işlə məşğuldur?

20 İyul 2018
A A
İlham Əliyevin Fransada görüşdüyü şirkətlər nə işlə məşğuldur?

İllustrasiya: mikroskop media

İlham Əliyev iyulun 19-dan Fransada səfərdədir. O, dünən və bu gün bir neçə şirkətlə görüşüb. Şirkətlərin hamısı Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bir-bir hansı şirkətin nə işlə məşğul olduğunu yazdıq.

Kollajda İlham Əliyevib görüşdüyü şirkət nümayəndələri əks edilib. Kollaj: mikroskop media

İlham Əliyevin görüşdüyü şirkət rəhbərlərindən biri Patrik Lolö SADE tikinti şirkətinin rəhbəridir. SADE Azərbaycanda Bakı Ağ Şəhər layihəsinin tikintisində iştirak edib.

CIFAL Group şirkəti isə Azərbaycanda 1993-cü ildən fəalliyyət göstərir və ölkədə çalışan ilk fransız şikətlərindən biridir. Biznes dəstəyi, eləcə də texnoloji və sənayə xidmətləri göstərən şirkət Azərbaycanla yanaşı Özbəkistan, Türkmənistan, Qazaxıstan, Bolqarıstan, Rusiya və Çində də fəaliyyət göstərir.

Prezidentin Fransada görüşdüyü şirkətlərin arasında tikinti sahəsində ixtisaslaşanlar üstünlük təşkil edir. Bouyeges də Azərbaycanda bu sahədə çalışıb. Şirkət Bakı Metropoliteni ilə 2014-cü ildə 147 milyon avroluq müqavilə imzalayıb. Müqavilə 28 may metro stansiyasının qırmızı və yaşıl xətlərinin ayrılması üçün nəzərdə tutulub. Şirkətin rəsmi saytında qeyd olunan məlumata görə, bu müqavilə Bouyeges`in mülki mühəndislik sahəsində ilk müqaviləsidir.

IVECO şirkəti Azərbaycan üçün ən azı iki dəfə 100-dən çox avtobus istehsal edib. Bakı Şəhər İcra Hakimiyyəti ilə şirkət arasında 2014-cü ilin mayında imzalanan 50 milyon avroluq müqaviləyə əsasən ölkəyə 151 avtobus gətirilib. Eyni zamanda 2015-ci ildə Azərbaycanda keçirilən Avropa Oyunları zamanı da atletlərin daşınması üçün BakuBus kimi tanınan 300 avtobus Azərbaycana gətirilib.

Thales group aviasiyadan tutmuş yeraltı nəqliyyata qədər müxtəlif sahələrdə xidmətlər təklif edir. Bu şirkət Azərbaycanda Bouyeges şirkəti ilə birlikdə həm Bakı Metropoliteninin bənövşəyi xəttinin tikintisində iştirak edib, həm də Azərbaycan fəzasını qorumaq üçün lazım olan radar sistemlərin quraşdırılmasında yardım edib. Bununla yanaşı Bakı Beynəlxalq Hava Limanınında hava nəqliyyatı nəzarət qalasını hazırlayıb.

Bu şirkətlə Azərbaycan arasında 2017-ci ilin martında memorandum imzalanıb. Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) tikintisini nəzərdə tutan layihənin dəyəri 7 milyon avro olub. Mərkəzin açılışı bu ilin fevralında baş tutub. Ümumilikdə 20 ildir ki, AZAL və Thales əməkdaşlıq edir.

Wilmotte & Associés Architectes şirkəti də tikinti ilə məşğuldur. Bu şirkət hündür mərtəbəli bina, otel, restoran tikintisi, parkların salınması ilə məşğuldur. Şirkətin rəsmi saytında qeyd olunur ki, onlar da Avropa Oyunları ərəfəsində Bakıda park salınması ilə məşğul olub. 16 hektarlıq ərazidə park salınıb. Sifarişçi Paşa İnşaatdır.

İlham Əliyev və ailəsi 2015-ci il iyunun 8-də həmin parkda olub və oradakı Park Land kafesinin açılışında iştirak edib.

İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Avropa Oyunları Parkının qarşısında yaradılmış parkın şəraitlə tanış olurlar. Foto: leyla-aliyeva.az

Şirkətin rəsmi saytında onların digər müştərisinin dövlət neft şirkəti olduğu və sifarişin hündür mərtəbəli ofis olduğu qeyd olunur. 2007-ci ildə yerləşdirilən məlumatda qeyd olunur ki, bina 160 metr hündürlükdə və 36 mərtəbəli olacaq.

SOCAR-ın rəsmi saytında isə yazılıb ki, dövlət neft şirkətinin tikintisinə 2007-ci ildə başlanan yeni binası üçün layihələndirmə müsabiqəsinin qalibi Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd” olub. Layihənin ilkin dəyərinin 235.4 milyon dollar olduğu qeyd olunur. Dövlət neft şirkətinin rəsmi saytında Wilmotte & Associés Architecte şirkəti ilə bağlı hər hansısa məlumat yoxdur.

SUEZ group Azərbaycanda əsasən içməli suyun təmizlənməsi sahəsi üzrə çalışır. Bu şirkətlə AzərSu arasında 2014-cü ildə müqavilə imzalanıb.

Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə imzalanıb. 2014-cü ildə 5 illik imzalanan müqavilənin dəyəri 22 milyon avrodur. Sazişə əsasən, bu müddət ərzində 38 peşə və ixtisas üzrə 4500 işçi təlimlərə cəlb olunacaq. Eyni zamanda perspektivdə təlimlərin keyfiyyətlə təşkil edilməsi məqsədilə bu mərkəzdə 250 təlimçi hazırlanacaq.

Neft və qaz çıxarılması, onların emalı, eləcə də günəş enerjisi sahəsində ixtisaslaşan Total şirkəti 20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir. Şirkətin rəsmi saytında onların Xəzərin Azərbaycan hissəsində neft və qaz yataqları üçün apardıqları qazıntı işlərindən də bəhs olunur. Bundan başqa TOTAL-ın baş icraçı direktoru Patrik Puyane ilə görüşdə İlham Əliyev Xəzərin Azərbaycan sektorundakı “Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində adıçəkilən şirkətin iştirak imkanlarını da müzakirə edib.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia