Bastainfo.az saytının baş redaktoru Mustafa Hacıbəyli bu gün yenidən Respublika Prokurorluğunda dindirilib. Üç saat davam edən dindirilmə ilə bağlı baş redaktor Facebook-da yazıb. O, dindirilməni mənəvi işgəncə, təzyiq kimi qiymətləndirib. Baş redaktora bu gün yenidən çağırılacağı deyilib.
https://www.facebook.com/M.Hajibeyli/posts/1967047943325489
Niyə çağırılıb: Baş Prokurorluğun iyulun 9-da yaydığı məlumatda bildirilir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə bağlı bir neçə sayta qarşı da cinayət işi başlanıb. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar. Bastainfo.az saytı da onların arasındadır.