Həbsdə olan bloger Mehman Hüseynovun anası Firəngiz Hüseynova ürəyində olan problemə görə, kliniki ölüm keçirib və hələ də komadadır.
Bu barədə BBC News Azərbaycancaya Mehman Hüseynovun atası Rafik Hüseynov məlumat verib.
O deyib ki, oğlunun anası ilə görüşməsi üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub.
Blogerin vəkili Fuad Ağayev “anasının səhhətində ciddi problemlər olduğu üçün Mehmanın qısa müddətli azadlığa buraxılması” üçün Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və Penitensiar xidmətə müraciət edib.
Vəkil deyir ki, qısa müddət deyəndə bir həftə nəzərdə tutulsa da hələ də rəsmi qurumlardan müraciətə cavab yoxdur.
Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov BBC News Azərbaycancaya bildiriblər ki, bu kimi müraciətlərə fərdi qaydada baxılır.
Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.
O, Daxili İşlər Nazirliyinin şikayətilə polisə “ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma” maddəsilə ittiham olunur.