Bazar, 10 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Necə oldu ki, Fransa immiqrant ulduz futbolçular yetişdirdi? – Elvin Abdulsoy yazır

24 İyul 2018
A A
Necə oldu ki, Fransa immiqrant ulduz futbolçular yetişdirdi? – Elvin Abdulsoy yazır

Dünya kubokunda qalibin mükafatlandırma mərasimi. Foto: vikipediya

Elvin Abdulsoy

Bu ilki Dünya Çempionatında heyətində qaradərili oyunçularının çoxluğuna görə Fransa Milli Komandası xeyli tənqid edildi. Fransa millisi əslən yerli olmayan futbolçuların sayına görə liderdir. Tənqidlərlə razılaşmayanlar deyir ki, bu futbolçular əslən Fransız olmasa da onlar Fransada doğulub və ya bu ölkənin futbol məktəbinin yetirmələridir. Ancaq Fransa yalnız çempion heyəti yetişdirən ölkə deyil. Bu Dünya Çempionatında digər milli komandalarda oynayan futbolçular arasında da Fransada doğulan və ya bu ölkənin futbol məktəbinin yetirmələri var idi…

Bu il Dünya Çempionatında oynayan futbolçulardan 87-i oynadıqları ölkədə doğulmayıb. Bu dəfəki mundialda Fransada doğulan və ya bu ölkənin yetirməsi olan ümumilikdə 50 futbolçu var idi ki, onlardan 29-u digər milli komandaların formasını geyinirdi. Qalan 21-i də Fransanın öz millisində oynayanlardır. Bu siyahıda ikinci Braziliyadır. Ancaq Fransa ilə aradakı fərq çox böyükdür…

Bəs Fransanı belə fərqləndirən nədir? Necə olur ki, bu ölkə həm öz milli komandasına, həm də digər ölkələri dünya çempionatına apara bilən ulduzlar yetişdirə bilir?

Fransa millisi “Les Bleus” adlanır. Heç də hər kəs Fransanın heyətində etnik afrikalıların olmasını dəstəkləmir. Tənqidçilər sırasında siyasətçilər də var. Məsələn, Jean-Marie Le Pen də tənqid edənlərdən idi. (Jean-Marie Le Pen radikal-sağçı siyəsətçi, 1972-ci ildə Front National-ın (Milli Cəbhə) qurucusu olub.) Buna baxmayaraq, Fransa millisində 2002-ci ildən sonra əslən fransız olmayan futbolçular daha da artdı…

İkinci Dünya Müharibəsindən sonra Fransa hökuməti dağılmış ölkəni bərpa etmək üçün qonşu ölkələrdən işçi qüvvəsi cəlb etdi. 1940-cı illərin sonu 50-ci illər ərzində Şimali Afrika və Ərəb ölkələrindən çoxlu immiqrant Fransa-ya gəldi. 1960-1970-ci illər ərzində Fransa sürətlə inkişaf edirdi. Bu, eyni zamanda yeni immiqrant dalğasına da səbəb oldu. Bu dövrdə immiqrant sayına görə Fransa Avropa-da birinci idi; 2,7 milyon nəfər. İmmiqrantlar əsasən böyük şəhərlərin ətrafında məskunlaşırdı. Onların 38%-i Parisin ətrafında, “Banlieues”da məskunlaşmışdı. Banlieues hərfi tərcümədə “şəhər ətrafı” mənasını verir. Bura həm də Parisin ən kriminal yerlərindən biri sayılır…

Bu dövrdə Fransa iqtisadiyyatı sürətlə inkişaf etsə də idmanda böhran yaşanırdı. Fransa Milli Komandası 1960-1974-cü illər arasında üç dəfə Dünya və üç dəfə də Avropa çempionatından kənarda qalmışdı. 1972-ci ildə Fransa Futbol Federasiyası qərara gəldi ki, futbolun inkişafı üçün futbol mütəxəssisləri yetişdirən məktəb yaradılsın. Belə bir akademiya Vichy şəhərində yaradıldı. Bir neçə ildən sonra bu qurum ölkənin top komandları ilə işləməyə başladı. 1988-ci ildə Institut National du Football Parisə, yuxarıda bəhs edilən Banlieuesa, immiqrantların dominant olduğu yerə köçürülür. 1990-cı illərdə Fransa futbol məktəbi dünyanın ən yaxşılarından biri olur. 1998-ci il Dünya Çempionatında isə Fransa çempion olur…

Fransada immiqrant ailələrində doğulan uşaqların futbolla tanışlığı da elə Parisdən, Banlieuesdən başlayıb. Parisin immiqrantları ilə güclü futbol məktəbinin yolu burada kəsişir. Fransa Millisində Benlieuesdan 8 oyunçu var. Onlardan biri Kylian Mbappenin anası Əlcəzairli, atası Kamerunludur. Eləcə də digər futbolçular – Steven N’zonzi, N’golo Kante, Alphonse Areola, Paul Pogba, Baise Matuidi kimi futbolçular da Afrika kökənlidirlər. Siyahıya Seneqal millisində oynayan 4 futbolçunu – Moussa Sow, Mbaye Niang, Alfred N’diaye, Youssouf Sabalyni də əlavə etmək olar, Həmçinin portuqaliyalı Raphaël Guerrio, mərakeşli Mehdi Benatia ilə Tunisli Saif-Eddine Khaoui da bu qəbildəndir…

Çoxları elə düşünür ki, qaradərili futbolçular Fransa’nın müstəmləkəçi keçmişinə aiddir, halbuki, onlar immiqrant ailələrində doğulanlardır. Təbii ki, bu ikisi arasında da müəyyən əlaqə var. Beləliklə, Fransanın, Parisin özünəməxsus immiqrasiya tarixi ilə güclü futbol məktəbi – akademik sisteminin kombinasiyası həm Fransaya, həm də dünya futboluna ulduzlar bəxş etməkdədir…

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia