Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “Exo Moskva” radio-kanalına müsahibə verib. Jurnalist Aleksey Venediktovla söhbətində Paşinyan Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Müsahibənin həmin mövzuyla bağlı hissəsini təqdim edirik.
Aleksey Venediktov: Yaxşı. Bir az da Qarabağ haqqında. Siz çox önəmli bir ifadə demisiniz. Mən onu başa düşmədim. Əgər yanılıramsa, məni düzəldin. Qarabağla bağlı suala – O, Rusiyanın əlindədir cavabı.
Nikol Paşinyan: Xeyr, mən elə deməmişəm.
A.Venediktov: Nə demək istəmisiz, izah edə bilərsiz?
N.Paşinyan: Mən başqa şey demişəm. Mən demişəm ki, hazırda bizim regionda gərgin vəziyyət var. Mən Azərbaycanın aqressiv siyasətini nəzərdə tuturam. Və müharibə ehtimalı var. Və mən demişəm ki, biz müharibəyə hazır olmalıyıq. Amma mən başqa şey demişəm. Demişəm ki, mən və bütün ermənilər, bütün Ermənistan əmindir ki, Rusiyanın regiondakı yeni dalğalanmanın, eləcə də Azərbaycanın Ermənistan və Qarabağa hücumunun qarşısını almağa imkanı var. Və bundan sonra mən demişəm; “Mən inana bilmirəm ki, Rusiya müharibənin qarşısını almaq üçün imkanlarından istifadə etmir”. Mən demişəm ki, Rusiyanın əlində bütün variantlar, bütün imkanlar var ki, müharibəyə imkan verməsin və mən heç cür inana bilmirəm ki, bizim strateji tərəfdaşımız, çoxəsrlik qardaşımız və çoxəsrlik dostumuz müharibəyə imkan verər.
A.Venediktov: Bəs niyə belə söhbət oldu? Ona görə ki, Rusiya Azərbaycana silah satır? Siz bununla bağlı Putinlə danışmısız?
N.Paşinyan: Bəli, danışmışıq.
A.Venediktov: Amma o yəqin deyib ki, “Bu, biznesdir”?
N.Paşinyan: Bizim nə danışdığımız…
A.Venediktov: Xeyr, mən ümumi fikri nəzərdə tuturam, sitatı yox.
N.Paşinyan: Məncə bu söhbətlə bağlı ictimaiyyətə açıqlama verilib və söhbətin detalları barədə danışmaq istəmirəm.
A.Venediktov: Cənab nazir, mən başa düşməyə çalışıram. Sizin dediyiniz kimi Rusiya hansı formada Azərbaycanı dayandıra bilər? Mən silaha embarqonu başa düşürəm.
N.Paşinyan: Yox, yox bu…
A.Venediktov: Bu başqadır
N.Paşinyan: Silaha embarqo qoymaq başqa danışıqdır və biz bu danışığı təkcə Rusiya ilə deyil, eyni zamanda Belarusiya və Kollektiv Təhlükəsizlik təşkilatındakı digər tərəfdaşlarımızla davam etdirəcəyik. Çünki biz Kollektiv Təhlükəsizlik Təşkilatının üzvüyük. Amma mən mətbuat konfransımda Rusiyanın siyasi, geo-siyasi, iqtisadi və açıq təsirini, onun bizim regiona təsir imkanlarını nəzərdə tutmuşam. Mən düşünürəm ki, bəli Rusiyanın müharibəyə imkan verməmək üçün bütün vasitələri var və inanmıram ki, Rusiya müharibənin qarşısını almaq üçün bu vasitələri istifadə etməkdən imtina edəcək.
A.Venediktov: Mən bilirəm ki, bu məqsədlə prezident Putin bir neçə dəfə Azərbaycan prezidenti və Ermənistan rəhbərliyi ilə görüşlər təşkil edib. Yaxın gələcək üçün hansısa format gözlənilirmi?
N.Paşinyan: Bilirsiz ki, artıq Rusiya prezidenti ilk addımı atıb. Mən futbol üzrə Dünya Çempionatının açılış mərasimi üçün Moskvada olanda Vladimir Vladimiroviç Azərbaycan prezidenti ilə məni tanış etdi. Biz onunla tanış olduq. Problem odur ki, təəssüf ki, bu tanışlıq o qədər də effektli olmadı, çünki İlham Əliyev NATO-nun da sammitində iştirak etdi və elə alındı ki, biz orada salamlaşmadıq.
A.Venediktov: Amma siz zəng də edə bilərdiz?
N.Paşinyan: Bəli, bu yaxşı ideyadır, amma məndə onun telefon nömrəsi yoxdur.
A.Venediktov: Xatırladım ki, Nikol Paşinyan – Ermənistanın baş naziri. Sizin oğlunuz həqiqətən Qarabağda hərbi xidmətdədir?
N.Paşinyan: Bəli
A.Venediktov: Bu gün oxudum ki, deyilənə görə ön cəbhədədir.
N.Paşinyan: Bunu deyə bilmərəm, çünki, başa düşürsüz, ola bilər ki…
A.Vendiktov: Yəni təsərrüfat bölüyündə deyil, hə?
N.Paşinyan: Yox, təbii ki, təsərrüfat bölüyündə deyil.
A.Venediktov: Siz niyə onu ora göndərdiz?
N.Paşinyan: Bilirsiz…
A.Venediktov: Axı siz, baş nazir kimi onu başqa yerə təyin edə bilərdiniz. Məsələn, Zimbabvedə hərbi attaşe.
N.Paşinyan: (gülür) Təəssüf ki, Zimbabvedə bizim səfirliyimiz yoxdur, ona görə sizin dediyiniz kimi edə bilmədim. Mənim oğlum Qarabağa könüllü kimi gedib və bu çox vacibdir, bir çoxları isə bunu aqressiv jest kimi şərh edir.
A.Venediktov: Bəli, elədir.
N.Paşinyan: Əksinə.
A.Venediktov: Əksinə?
N.Paşinyan: Əksinə, bu, sülhməramlı jestdir, çünki məncə hamımız başa düşürük ki, mən oğlumu Qarabağa xidmətə gpndərirəmsə, mən istəmirəm ki, orada müharibə başlasın. Allah eləməsin, mənim oğlum, mənim həmvətənlərimin oğlullarının və Azərbaycan oğullarının, Azərbaycanın sıravi vətəndaşlarının oğullarının ölməyini istəmirəm. Mənimçün bu, əlbəttə probelmdir, istəmirəm ki, bu, baş versin. Çox şad olardım ki, İlham Əliyev də öz oğlunu ora hərbi xidmətə göndərsin. Çünki bu baş versə, mən bunu sülhməramlı jest kimi qəbul edərəm. Biz hamımız əmin olardıq ki, cənab Əliyev oğlunun orada ölməyini istəmir.
https://www.instagram.com/p/BlsVw_GgNYy/?taken-by=mikroskopmedia