Tarif Şurasının bu gün keçirilən iclasında ictimai nəqliyyatın yeni tarifləri müəyyən olunub. Şuranın qərarına görə, avqustun 1-dən etibarən metroda 1 gediş üçün qiymət 30 qəpik, şəhərdaxili avtobuslarda 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşurutları üçün gediş haqqı 30-90 qəpik arası müəyyən edilib.
APA yazır ki, sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif Şurasına müraciət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlərdən olub.