İki nəfərin öldüyü, dördünün də yaralandığı yol qəzası törətməkdə ittiham olunan baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev avqustun 2-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılıb.
MeydanTV yazır ki, məhkəmə, zərərçəkmişlərin heç birinin şikayətçi olmamasını əsas gətirərək bu qərarı verib.
Nail hansı maddələrlə ittiham edilirdi: Allahverdiyev Cinayət Məcəlləsinin 263.3 (iki və daha artıq şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmə) və 264 (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunurdu.
Nə vaxt həbs edilib: Ötən il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona 264-cü maddə ilə bəraət, digər ittihamla isə 6 il həbs cəzası verilmişdi.