“Müəyyən problemlər yarandığına görə “APA Holding”ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb”. Bunu öz facebook səhifəsində “APA Holding”in prezidenti Vüsalə Mahirqızı yazıb. Qeyd edib ki, hazırda araşdırma aparılır.
https://www.facebook.com/vusale.mahirqizi/posts/2567998946559791
Nə baş verib: 1 Avqustdan etibarən “APA holding”ə daxil olan informasiya resurslarına daxil olmaq mümkün deyil. Problem İlham Əliyevin çıxışındakı sözün səhv yazılması ilə başlayıb. apa.az İlham Əliyevin fikrini belə verib: Prezident: “Ermənistanı çökdürəcəyik”. Əslində isə prezident nitqində “sarsıdacağıq” ifadəsini işlədib. Səhvlə bağlı apa-da üzr yazısı dərc edilib. Lakin bir müddət sonra sayta giriş bloklanıb.