Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulsa, baş verəcəklər. Cəsur Sümərinli izah edir!

16 Avqust 2018
A A
Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulsa, baş verəcəklər. Cəsur Sümərinli izah edir!

Əli Hüseynli və Cəsur Sümərinli. Foto: report, screenshot. Kollaj: mikroskop media

Milli Məclisin hüquq məsələləri və dövlət quruculuğu üzrə komitəsinin sədri Əli Hüseynli virtualaz.org-a müsahibəsində yeni geosiyasi şərtlər daxilində Azərbaycanın hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını da nəzərdən keçirməyin mümkünlüyünu bildirib. Meydan TV “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinlidən bu təkliflər bağlı fikirlərini öyrənib. Sizə həm Əli Hüseynlinin, həm də Cəsur Sümərinlinin fikirlərini maksimum qısaldaraq təqdim edirik.

Əli Hüseynli və Cəsur Sümərinli. Foto: report, screenshot. Kollaj: mikroskop media

Əli Hüseynlinin fikirləri

  • İndiki Rusiyanı müstəqil ölkələrin suverenliyi üçün təhlükə kimi qiymətləndirmək həddən artıq populist və yanlış yanaşmadır.

  • Azərbaycan hazırda Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir.

  • Təşkilatı sırf hərbi blok kimi nəzərdən keçirməyə dəyməz. Bu daha çox hərbi təhlükələrdən savayı, təhlükəsizlik problemləri, beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, kibercinayətkarlığa qarşı fəaliyyətlə məşğul olan regional beynəlxalq təşkilatdır.

  • Azərbaycanın KTMT-yə qoşulacağı halda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində özünün vasitəçilik səylərini fəallaşdıracaq.

Cəsur Sümərinlinin fikirləri

  • KTMT-yə qoşulmaqla Azərbaycan hakimiyyətinin 2010-cu ildən sonra daha sürətlə yürütdüyü Rusiyayönümlü siyasəti öz kulminasiya nöqtəsinə çatacaq.

  • Azərbaycanda ordu quruculuğunda Rusiyanin təsiri xeyli artacaq, orduda indiyədək tətbiq olunmuş bir sıra NATO standartları dəyişdiriləcək və ya ləğv ediləcək. Ordunun Avro-Atlantik standartlara uyğun qurulmasına yönəlik addımlar, ümumiyyətlə, dayandırılacaq.

  • Azərbaycan hərbçilərinin Rusiyanın hərbi məktəblərinə göndərilməsi siyasəti gücləndiriləcək, beləliklə ordunun kadr baxımından Rusiyadan asılılığı artacaq.

  • Azərbaycanda gələcəkdə Rusiyanın hərbi bazalarının yerləşdirilməsi üçün zəmin yaradılacaq. Azərbaycan “Qoşulmamaq hərəkatı”ndan çıxacaq”.

  • Dağlıq Qarabağ münaqişənin nizamlanması dondurulacaq, Moskva KTMT üzvü olan iki ölkə arasında aktiv hərbi əməliyyatların aparılmasına razı olmayacaq.

  • Azərbaycan NATO ilə bir sıra əməkdaşlıq proqramlarının icrasını dayandıracaq.

  • Azərbaycanın bir saylı milli təhlükəsizlik problemi – ərazi bütövlüyünün təmin olunması mümkün olmayacaq.

  • Dövlət vəsaitləri, hərbi büdcə tamamilə Rusiyadan alınacaq silah, hərbi texnika və avadanlığa xərclənəcək. Bütün bunlar Azərbaycan ordusunun güclənməsinə gətirməyəcək, müdafiə və təhlükəsizlik sahəsində korrupsiya daha da güclənəcək, Rusiyanın hərbi müəssisələrindən silah alınmasında qeyri-şəffaflıq, qeyri-hesabatlıq davam edəcək. Qərblə indiyədək mövcud olmuş hərbi-siyasi əməkdaşlıq formatları dəyişdiriləcək və ləğv ediləcək.

Əli Hüseynlinin müsahibəsini bütöv olaraq buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia