Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyində ceyranların həyatına təhlükə olacaq əkin sahələri ilə bağlı açıqlama yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi məqsədilə ərazinin 7500 hektarı “Aqroinkişaf-2017” MMC-yə ayrılıb.
“Aqrar fəaliyyət zamanı Acınohur düzünün qonşu ərazilərində məskunlaşan ceyran populyasiyasının mühafizəsi, yaşama aspektlərinin nəzərə alınması və təsərrüfat işləri aparılarkən ceyranların yaşam şəraitinə təsir göstərən amillərə ciddi riayət olunması şirkət rəsmilərinin diqqətinə çatdırılıb”.