Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ekoaktivistlər nazirliyin açıqlamasını ceyranların qorunması üçün yetərli hesab etmir

28 Avqust 2018
A A
Ekoaktivistlər nazirliyin açıqlamasını ceyranların qorunması üçün yetərli hesab etmir

Ekoaktivist Cavid Qara Kəpəz dağında. Foto: Orxan Aslanov

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyində ceyranların həyatına təhlükə olacaq əkin sahələri ilə bağlı yaydığı açıqlamanı ekoaktivistlər ərazidəki ceyranların qorunması üçün yetərli hesab etmir. Ekoaktivist Cavid Qara nazirliyin iradəsizliyi və qüsurlu mövqeyi kimi qiymətləndirdiyi açıqlamasını təqdim edirik.

1

Nazirliyin gecikmiş reaksiyası

ETSN ərazinin mühafizəsinə birbaşa məsul qurumdur və məsələyə ictimaiyyəti narahat etdiyinə görə yox, öz vəzifə borcu olduğu üçün müdaxilə etməli idi. Və yerli qurumlarından daxil olan məlumat əsasında operativ şəkildə etməli idi. Məsələnin ictimailəşməsi hesabına layihə müvəqqəti dayanandan sonra sakitçilik vaxtı yox. Şum üçün gələn traktorlar Yasaqlıq ərazisinə buraxılmamalı idi. Məsələyə aydınlıq gətiriləndən sonra ETSN-nin razılığı ilə işlər getməli idi. Və məsuliyyəti nazirlik daşımalı idi və daşıyır.

2

Mövzudan yayındırmağa çalışma

“Sözü gedən şirkətlə əməkdaşlıq ediləcək, onlar ceyranları su ilə təmin edəcəklər”.

Hazırda ceyranlar şirin susuz da pis-yaxşı yaşayırlar. 8 ildir layihə davam edir. İndimi yadınıza düşdü? Və bu problemi həll etmək üçün bir artezian quyusu bir gölməçə bəs edir. Adminstrativ dəstək olmadan 30 min AZN-ə bu işi həll etmək olar. Texnika və s. dəstəyi olsa daha ucuz başa gələ bilər.

3

Ərazidəki otarmadan, çoban itlərindən şikayətlənərək mövzudan yayınma

Kütləvi otarma yaylaqlarda da, qışlaqlarda da erroziya və yem bazasının istismarı kimi ciddi problem olaraq on illərdir qalır. Amma maldarlığı məhv edib yerinə əkinçilik gətirmək çıxış yolu deyil. Normativlərə əməl edilsə, buna nəzarət etmək elə ETSN in öz işidir, bəs edir. Qışlaqlar ilin 6-7 ayı orada olur. Şumlanmış ərazi isə torpağı il boyu zəbt edir. Kimyəvi dərmanlar birbaşa torpağı və su dövranı ilə ətrafı zəhərləyir. İnfrastruktur xətləri heyvanların hərəkəti üçün maneə yaradır.
Şahdağ Milli Parkında da kütləvi otarmanın qarşısını almaqda ETSN-ə uğurlar.

4

Sınaq işləri

Orada 2000 hektarda ( şirkət 200 deyib, ETSN çaşqınlığından bunu da bir 0 artıq yazıb) sınaq işləri gedəcək. Sınaq üçün 2000 hektar yox, bir hektar da bəs edərdi. Torpaqdan nümunə götürmək olardı, mütəxəssisləri dinləmək olardı. Yəni, sınaqlar uğursuz olsa, bunların davam edəcəyini qəbul etmək deməkdir.

5

“Qonşu ərazilərdə yaşayan ceyranlar”

Yəni ki, əkin olan yerlərdə ceyran yaşamırmış. Ceyranlar elə hazırda əkilən yerdə yaşayırdı. Yasaqlığın ərazisidir əkilən yerlər. Hətta ceyranlar yasaqlıqdan da kənara yayılıb Dəhnə kəndinə qədər gəzişirlər.

Bütün bu sadalananlar ETSN in həmin şirkətin arxasında dayananlardan qorxaraq onlara dəstək nümayiş etdirməsidir.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia