İran Prezidenti Həsən Ruhani ölkə iqtisadiyyatının zəif inkişafı və qiymət artımı ilə bağlı Parlamentdə hesabat verib. Reuters yazır ki, millət vəkilərinin 5 əsas sualını cavablandıran prezident ölkənin iqtisadi geriliyinin səbəbini sanksiyalarla açıqlayıb. Prezident deyib ki, ölkənin iqtisadi problemləri yalnız rəsmi Vaşinqtonun sanksiyalarından sonra başlayıb. Millət vəkilləri isə prezidentin 5 sualara verdiyi cavabların 4-dən narazı qalıb və bu məsələlər müzakirə üçün məhkəməyə təqdim edilib.
İran qanunvericiliyinə görə, parlamentin prezidentin vəzifədən uzaqlaşdırılmasını səsə qoymaq hüququ var, amma hazırda parlamentin belə addım atacağı gözlənilmir.