Cümə, 23 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Baş Prokurorluq Den Bilzeryanı mütəşəkkil cinayətkarlıqda ittiham edir

30 Avqust 2018
A A
Baş Prokurorluq Den Bilzeryanı mütəşəkkil cinayətkarlıqda ittiham edir

Den Bilzeryan. Foto: Paul Archuleta / Getty

Baş Prokurorluq Dağlıq Qarabağ ərazisinə səfər edən erməni əsilli amerikalı Den Bilzeryana qarşı cinayət işi açıb. O, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib mütəşəkkil dəstə tərkibində birləşərək “Dövlət sərhədi haqqında” Qanunu pozmaqda ittiham olunur.

Baş Prokurorluğun yaydığı məlumatda həm də qeyd olunur ki, Den Bilzeryan Azərbaycanın dövlət sərhədini Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi və işğal altında olan digər yaşayış məntəqələrinə gəlib və “Dağlıq Qarabağ Respublikası”nda qumbaraatan, tüfəng və digər odlu silahlardan nümayişkaranə atəşlər açmasına əsaslı şübhələr müəyyən edilib.

https://www.instagram.com/p/BnByQC5AMst/?hl=ru&taken-by=danbilzerian

Həmin fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin bu maddələri ilə cinayət işi açılıb:

  • 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə)

  • 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) Den Bilzeryanın “İnterpol” xətti üzrə beynəlxalq axtarışa elan olunması üçün müraciət edilib.

Nə baş verib: Erməni əsilli ABŞ vətəndaşı olan Den Bilzeryan milyonçudur. Həmçinin peşəkar poker oyunçusu və aktyor kimi tanınır. Milyonçu avqustun 28-də Ermənistana və “Dağlıq Qarabağ”a səfər edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia