Nazirlər Kabineti Azərbaycana idxal edilən kartofun gömrük rüsumunu iki dəfə artırıb.
Baş nazir Novruz Məmmədov imzaladığı sənədə görə ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsi iki dəfə artırılaraq 15 faizdən 30 faizə çatdırılıb. Bu, hər il yanvarın 1-dən iyunun 30-dək idxal olunan kartofa aiddir.