Azərbaycanda rəsmi səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono keçirdiyi mətbuat konfransında, Azərbaycanla çoxşaxəli münasibətləri möhkəmləndirmək üçün ölkəsinin Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəldiyini deyib.
“Bu səfər nəticəsində iki ölkə arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə ümid edirik”.