Azərbaycanda tütün məmulatlarını ətraf mühitə atan şəxslər 50 manat cərimələnəcək. Report yazır ki, bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə qeyd olunub.
Dəyişikliyə əsasən, məcəllənin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 5-ci bənd əlavə edilir:
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.