AXCP sədrinin həbsdə olan müavini Mammad İbrahim karsda aclıq aksiyasına başlayıb. Bu barədə onun oğlu Turan İbrahim məlumat yayıb. Onun sözlərinə görə, Məmməd İbrahimin səhhəti pisləşib və qan təzyiqi normasında deyil.
Həbs müddətinin bitməyinə 2 gün qalan Məmməd İbrahimin yastığının altında ötən gün bıçaq aşkarlandığı bildirilib və bundan sonra o, “kars”a salınıb.
Bu gün onun olduğu 16 saylı cəzaçəkmə müəssisəsinin qarşısında çəkiliş edərkən jurnalist Ramin Deko saxlanılıb. Məmməd İbrahimin oğlu Turan İbrahimin də saxlanıldığı və bu zaman döyüldüyü bildirilir.
Nə baş verib: Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da AXCP-nin keçmiş üzvü Mikayıl Quliyevin şikayəti əsasında həbs olunsa da sonradan bu maddə 221.2.2-ci maddəsi ilə (silah tətbiq etməklə xuliqanlıq törətmək) əvəzlənib. Nərimanov rayon məhkəməsinün höküm ilə 3 il azadlıqdan məhrum edib.
Beynəlxalq hüquq-müdafiə təşkilatları Məmməd İbrahimi siyasi məhbus kimi tanıyıb.