Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qazaxda polis bölməsində ölən sakinə görə bir polis saxlanılıb

28 Sentyabr 2018
A A
Polis idarəsindəki ölümlə bağlı cinayət işi açılıb

Elmir Axundovun işgəncə gördüyünü əks etdirən fotosu. Foto: şəxsi arxiv / facebook

Azərbaycan Respublikası Baş Prokurorluğu Qazaxda baxş verən ölüm işi ilə bağlı Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsinə əsasən şübhəli şəxs qismində saxlanılması ilə bağlı məlumat yayıb.

Bu, baş verən olayla bağlı ikinci həsbdir. Bu gün səhər Kərim Əhmədov adlı bir nəfər də təqsirləndirilən şəxs qismində saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Kərim Əhmədov kimdir: Kərim Əhmədovun mərhum Elmir Axundovla dalaşdığı bildirlir. Elmir Axundovun bacısı Ülviyyə Axundova isə yaydığı açıqlamada bildirib ki, onlar Kərim Əhmədovdan şikayətçi deyil. Kərim Əhmədovun “Polisə ictimai dəstək” xidmətinin üzvü olduğu da bildirilir.

“Mənim qardaşım bir yumruqla ölən oğul deyildi. Kərim Əhmədovla bir gün əvvəl dalaşmışdı, bu barədə də şikayət etmişdik. Amma ölüm məsələsində biz Kərimdən şikayətçi deyilik. Bir neçə polis Elmiri məhləmizdə sürüyüb maşından düşürüblər. Məhəlləmiz çınqıldı, onun bədəni çınqıl izləri ilə dolu idi. Sürüyüb basıblar polis maşınına. Hadisəni görən cavanlar var, amma qorxularından açıq danışmaq istəmirlər”.

Nə baş verib: Qazax rayon sakini Elmir Axundov sentyabrın 25-i izahat üçün rayon bölməsinə çağırılıb. Bacısı Ülviyyə Axundova onun polis bölməsinə çağırıldıqdan bir müddət sonra ona qardaşının öldüyü barədə məlumat veriblər.

  • E.Axundovun Qazax rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Elmir Axundov kimdir: Ülviyyə Axundova 37 yaşlı qardaşının Gürcüstandan gündəlik tələbat malları gətirib satmaqla pul qazandığını deyib. O vurğulayıb ki, E.Axundovun indiyə qədər polislərlə hər hansı bir problemi olmayıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia