Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.
Bu barədə “Report”a Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib. Əlavə edib ki, yaralılardan 22 nəfəri hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisə zamanı yaralanan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən vəfat edib.