Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcəyi gözlənilir.
“Report” yazır ki, dəyişikliyə əsasən, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məhsulları, o cümlədən siqaret çəkənlər 40 manatdan 50 manata qədər məbləğdə cərimələnəcəklər.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.