ABŞ prezidenti Donald Tramp mütəffiqi Səudiyyə Ərəbistanı kralı Salmanı təhdid edib. Sputnik Türkiyə yazır ki, prezident bu barədə Missisipidə, Southaven əyalətindəki mitinqində danışıb:
“Səudiyyə Ərəbistanını qoruyuruq. Kral Salmanı sevirəm, amma ona dedim ki, səni qoruyuruq və biz olmasaq iqtidarda 2 həftə də qala bilməzsən. Ordun üçün ödəniş etməlisən”.