No Result
View All Result
ABŞ-ın Kolumbiya Universitetindən olan araşdırmacılar Kepler və Hubble teleskopları vasitəsilə apardıqları tədqiqatlar nəticəsində yeni peyk kəşf ediblər. Anadolu Agentliyi yazır ki, Günəş sistemindən kənarda, dünyadan 8 min işıq ili uzaqda olan peyk Neptun və ya Uran planeti boydadır.
Yeni kəşf edilən peykin Kepler-1625b adlı planetə aid olduğu ehtimal edilir. Kəşfin detalları ilə bağlı “Science Advances” jurnalında yazı dərc edilib.
Bu günə qədər alimlər Günəş sistemindən kənarda 3500-dən çox planet kəşf edib.
No Result
View All Result