Türkiyənin Batman əyalətinin Hasankeyf rayonunda partlayış nəticəsində 7 hərbçi həlak olub. NTV Türkiyə yazır ki, partlayış əldəqayırma partlayıcı vasitəsilə magistral yolda təhlükəsizliyi təmin edən hərbçilərin olduğu avtomobil ərazidən keçərkən törədilib.
Hazırda müalicə alan 3 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.
Partlayışdan sonra bölgədə terrorçuları zərərsizləşdirmək üçün irimiqyaslı əməliyyat başlayıb.