Bazar ertəsi, 8 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Fuad Əhmədli: Ərizəni verməkdə məqsədim məhkəmə prosesində dostlarımı görmək idi

05 Oktyabr 2018
A A
Fuad Əhmədli: Ərizəni verməkdə məqsədim məhkəmə prosesində dostlarımı görmək idi

Fuad Əhmədli. Foto: şəxsi arxiv / facebook

Oktyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində AXCP Gənclər Komitəsi Xətai rayon şöbəsinin sədri Fuad Əhmədlinin şikayətinə baxılıb. Cəbhəçi fəal onun cəzaçəkmə müəssisəsinə köçürülməsinə dair ərizəsini təmin etməyən Suraxanı Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Hakim Sahibxan Mirzəyevin sədrliyilə keçirilən məhkəmə prosesində F. Əhmədlinin özündən başqa, saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı da iştirak edib. Cəzaçəkmə müəssisəsinin əməkdaşının onun haqqında dediklərini qəbul etməyib:

“Tədbirlərdə iştirak etmədiyim barədə söylənilənlər də doğru deyil. Emin müəllim mənim dəstə rəhbərimdir, onunla da heç bir problemimiz yoxdur. Mənim mübarizəm cəzaçəkmə müəssisəsilə deyil, daha yüksək səviyyədədir. Haqqımda çıxarılan sifarişli qərarlar da mübarizənin ölkə rəhbərliyi səviyyəsində olduğunu sübut edir. Mən bu ərizəmin də təmin olunmayacağını bilirdim. Ərizəni verməkdə məqsədim məhkəmə prosesində dostlarımı görmək idi. Dostlarımı görməkdən ötrü haqqımda deyilən böhtanlara da razıyam. Dostları görməyə dəyər”.

Dövlət ittihamçısı Anar Məmmədov şikayətin təmin olunmamasını istəyib. Bildirib ki, cəzaçəkmə müəssisəsinin rəyi əsas götürülməlidir.

Məhkəmə də apelyasiya şikayətini təmin etməyib.

Nə baş verib: F.Əhmədli 2016-cı il avqustun 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. O, operator işlədiyi “Azerfon” şirkətində (NarMobile) bir neçə müştəri haqda məlumatları kənar şəxslərə ötürməkdə ittiham olunur. Fuadın həbsindən sonra onun yaşadığı evdən Fətullah Gülən haqda disklər, kitablar tapılıb. Ancaq məhkəməsində və ittiham aktında bu haqda heç bir fikir bildirilməyib.

  • F.Əhmədli həm evindən Gülənə aid materialların tapılması, həm müştəri məlumatlarını yayması haqda ittihamları rədd edib. Bildirib ki, o, AXCP üzvü olduğuna, hakimiyyəti tənqid etdiyinə görə sifarişlə həbs olunub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia