Bazar ertəsi, 15 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

2018-ci il jurnalistlər üçün nə qədər ölümcül olub?

10 Oktyabr 2018
A A
2018-ci il jurnalistlər üçün nə qədər ölümcül olub?

İnsanlar Mərkəzi Afrika Respublikasında iyun ayında peşə faəliyyəti zamanı öldürülən rusiyalı jurnalistlər Aleksandr Rastorquyev, Kril Radçenko və Orxan Camalın xatirəsinə güllər qoyur. Foto: EPA

Bolqarıstanlı jurnalist Viktoriya Marinova ötən bazar günü parkda təcavüzə məruz qalmış və öldürülmüş halda tapılıb. Televiziya aparıcısı olan 30 yaşlı V.Marinova sonuncu dəfə Avropa İttifaqqı fondlarından ayrılan pulların oğurlanması ilə bağlı material hazırlayıb. O, Avropada 1 il ərzində öldürülən 3-cü jurnalistdir; ondan öncə Malta və Slovakiyadan olan iki araşdırmaçı jurnalist qətlə yetirilib.

Bolqarıstanın Rusa şəhərində Azadlıq abidəsi önündə araşdırmaçı jurnalistin xatirəsinə qoyulan portret. Foto: Vadim Ghirda / AP

Bu qətllər qitədə və bütün dünyada jurnalistlərin artmaqda olan təhdid və şiddətlə üzləşdiyinə görə, mətbuat azadlığının təhlükədə olduğu təbili çalan kampaniyaların keçirilməyinə səbəb oldu.

Ötən həftə isə Səudiyyə Ərəbistandan olan dissident və “Washington Post” qəzetinin jurnalisti Camal Xaşoqqi ölkəsinin Türkiyədə, İstanbul şəhərindəki səfirliyinə girəndən sonra itkin düşüb. Onun yoxa çıxması türkiyəli rəsmilərdə 59 yaşlı jurnalistin səfirlikdə öldürülməsi şübhəsini yaradıb. Buna baxmayaraq Səudiyyə hökuməti bu şübhəni inkar edib və onun binanı tərk etdiyini ddia edib.

Tənqidi fikirlərinə görə ondan intiqam alınacağından qorxan C.Xaşoqqi ötən ildən Vaşinqtonda mühacirətdə yaşayırdı.

Səudiyyə Ərəbistanın İstanbul, Türkiyədəki konsulluğu qarşısında Türk-Ərəb Media Birliyi üzvlərinin təşkil etdiyi etiraz aksiyası zamanı səudiyyəli jurnalist Camal Xoşaqqinin posterini tutan kişi. Foto: Chris McGrath / Getty Images

1

2018-ci ildə neçə jurnalist öldürülüb?

Mətbuat azadlığını müdaifə edən və Nyu York mərkəzli Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) məlumatına görə, 2018-ci ildı ən azı 43 jurnalist qətlə yetirilib. Bura təmas xəttində konfliktləri işıqlandıran zaman ölən, eləcə də qətlə yetirilən jurnalistlər daxil edilib. Mərkəzi Afrika Respublikasında iyun ayında peşə faəliyyəti zamanı öldürülən rusiyalı jurnalistlər Aleksandr Rastorquyev, Kril Radçenko və Orxan Camal da bu siyahıdadır.

İlin əvvəlində, fevralda isə slovakiyalı jurnalist Jan Kuciak nişanlısı Martina Kusnirova ilə birlikdə Bratislavada, evinin yaxınlığında güllələnərək öldürülüb. O, “Panama Papers” sənədlərində adı hallanan slovakiyalı iş adamları haqqında yazırdı.

2

2017-ci ildə neçə jurnalist ölüb?

CPJ-nin açıqladığı rəqəmlərə görə, 2017-ci ildə həyatını itirən jurnalistlərin sayı 46-dır. Həmin jurnalistlərdən biri də ötən il oktyabr ayında bombalı hücumla qətlə yetirilən maltalı aşardırmaçı jurnalist Dafne Karuana Qaliziyadır. Jurnalist “Panama Papers” sənədlərində vergidən yayınma skandalı ilə bağlı yazılar yazıb.

Slovakiyada öldürülən araşdırmaçı jurnalist Jan Kuciakın qətlindən sonra ölkədəki aksiyalardan biri.
Foto: AFP

3

Jurnalistlər üçün ən ölümcül illər hansı olub?

CPJ-nin hesablamalar aparmağa başladığı 1992-ci ildən etibarən rəqəmlər göstərir ki, 76 jurnalistin öldüyü 2009-cu il dünyada jurnalistlər üçün ən qanlı il olub. 2012-ci il 74 jurnalistin qətlə yetirildiyi il olaraq ikinci yerdədir. 2015-ci ildə ölən jurnalistlərin sayı isə 73 olub.

4

Hansı ölkələr jurnalistlər üçün ən təhlükəli ölkə hesab olunur?

“Sərhədsiz Reportyorlar” təşkilatının məlumatına görə, jurnalistlər üçün ən təhlükəli ölkələr Əfqanıstan, Suriya, Meksika və İraqdır. CPJ deyir ki, bu il Əfqanıstanda azı 12 jurnalist öldürülüb, onlardan 9-u aprel ayında Kabildə bombalı hücum nəticəsində həyatını itirib.

5

Jurnalistlərin ölümünə səbəb olan nədir?

Əfqanıstan, Suriya və İraqda uzun müddət davam edən münaqişələr ön cəbhədə olan jurnalislərin ölümünə səbəb olur. Müharibə olmasa da Meksika jurnalistlər üçün ən təhlükəli ölkə hesab olunur, çünki bu ölkədə narkotik qaçaqmalçıları mütəşəkkil cinayətkarlığı ortaya çıxaran jurnalistləri tez-tez hədəfə alır. CPJ-nin məlumatına görə, 1992-ci ildən bəri Meksikada 47 jurnalist öldürülüb, onlardan 4-nün qətli bu il baş tutub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia