Bolqarıstanın Rusa şəhərində Azadlıq abidəsi önündə araşdırmaçı jurnalistin xatirəsinə qoyulan portret. Foto: Vadim Ghirda / AP

Araşdırmaçı jurnalist Viktoriya Marinovanın qətlində şübhəli bilinən 21 yaşlı Severin Krasimirov adlı bir nəfər Almaniyada saxlanılıb. Onun DNT-si qətlin baş verdiyi yerdən götürülən biometrik informasiyalarla üst-üstə düşüb.

Hələ sübut edilməyən ehtimalallara görə o, jurnalisti qətlə yetirməyi əvvəlcədən planlaşdırmayıb.

Nə baş verib: 6 oktyabrda 30 yaşlı araşdırmaçı jurnalist Viktoriya Marinova Rusa şəhərindəki parkda ölü tapılıb. O, vəhşicəsinə döyülüb və zorlanaraq öldürülüb.