Cümə, 14 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Zaur Qurbanlı barədə müsbət xasiyyətnamə verən şəxs işdən çıxarılıb

13 Oktyabr 2018
A A
Zaur Qurbanlı barədə müsbət xasiyyətnamə verən şəxs işdən çıxarılıb

Zaur Qurbanlı 1918.az saytının təqdimat mərasimində çıxış edir. Foto: şəxsi arxiv / facebook

Zaur Qurbanlı 1918.az saytının təqdimat mərasimində çıxış edir. Foto: şəxsi arxiv / facebook

Keçmiş siyasi məhbus Zaur Qurbanlı barədə müsbət xasiyyətnamə verən Şəki rayon Qayabaşı kənd icra nümayəndəsinin müavini işindən azad olunub. Bu barədə hüquqşünas öz facebook hesabında yazıb.

O, məhkumluğunun vaxtından əvvəl götürülməsi ilə bağlı Şəki rayon Məhkəməsinə müraciət edən zaman sənədlərin arasında yaşayış yerindən verilən xasiyyətnamə də olub. Xasiyyətnaməni isə qeydiyyatda olduğu kəndin icra nümayəndəsinin müavini imzalayıb.

Zaur Qurbanlı deyir ki, xasiyyətnamədə o, müsbət xarakterizə olunub və siyasiləşmiş heç bir ifadə, fikir olmayıb.

“Qərarın hansı səviyyədə verildiyini bilmirəm, amma 4 il əvvəl siyasi məhbus olmuş biri üçün müsbət xasiyyətnamə verilməyin qadağan edilməsi, buna görə adamın vəzifəsindən kənarlaşdırılması hüquqazidd, biabırçı davranışdır. Hər halda belə qoymayacağam, qalsın”.

Nə baş verib: Zaur Qurbanlı 2013-cü ilin 1 aprelində saxlanılıb. O, digər 7 NİDA-çı ilə birgə mühakimə edilib. O, Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə (Mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham edilib. 2014-cü ilin mayın 6-da barəsində 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Z. Qurbanlı 2014-cü ildə imzaladığı sərəncamla 30 dekabr tarixində azadlığa buraxılıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

13 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia