Səudiyyə Ərəbistan kralı və vəliəhd şahzadə İstanbuldakı konsulluqda qətlə yetirilən jurnalist Camal Qaşıqçının oğulları Salah və Sahel Qaşıqçılarla görüşüb. Əlcəzirə yazır ki, jurnalistin ailə üzvlərini Riyaddakı Yamama sarayında qəbul edən kral və oğlu onlara baş sağlığı verib.
Qaşıqçı ailəsinə yaxın olanların verdiyi məlumata görə, Salah Qaşıqçının atası “Washington Post” qəzetində vəliəhd şahzadə ilə bağlı tənqidi köşələr yazmağa başlayandan sonra ölkədən çıxışına qadağa qoyulub.