Bazar, 16 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Elmar Məmmədyarov çıxışında nə dedi və əslində nə demək istəyirdi?

31 Oktyabr 2018
A A
Elmar Məmmədyarov çıxışında nə dedi və əslində nə demək istəyirdi?

Elmar Məmmədyarov İstanbulda çıxış edir. Foto: mfa.gov.az

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 29-da Türkiyənin İstanbul şəhərində gürcü və türk həmkarları ilə birgə görüş keçirib. Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı baş tutub və azərbaycanlı nazir çıxış edib. O, çıxışında Türkiyə Cümhuriyyətinin 95 illiyi münasibətilə həmkarı Mövlud Çavuşoğlunu təbrik edib və enerji layihələrindən danışıb. Nazir çıxışı zamanı əslində nə demək istədiyini təqdim edirik.

Dediyi:

İlk növbədə əlbəttə ki, mən öz adımdan, Azərbaycan xalqı adından, Azərbaycan rəhbərliyi adından Türk Cümhuriyyəti günü ilə sizi təbrik etmək istəyirəm, 95 illiyi ilə.

Demək istədiyi:

İlk növbədə mən öz adımdan, eləcə də Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi adından sizi Türkiyə Cümhuriyyətinin 95 illiyi münasibətilə təbrik etmək istəyirəm.

Dediyi:

Bu çox önəmli, əlamətli bir gündür.

Demək istədiyi:

Bu, çox önəmli və əlamətdar bir gündür.

Dediyi:

Enerji baxımından bildiyiniz kimi məsələn ən önəmli artıq bu boru Trans Anatoliya Tanap adlandıran bir borudu, o da birdəfəlik əgər biz söyləyək bu cənubi dəhlizin bir hissəsidir.

Demək istədiyi:

Bildiyiniz kimi enerji layihəsi baxımından ən önəmli borulardan biri Trans Anadolu qaz kəməri, yəni TANAP-dır və o da cənub qaz dəhlizinin bir hissəsidir.

Dediyi:

Ümumiyyətlə xatırlatmaq istəyirəm ki, bir 10 il bundan öncə Bakı-Tblisi-Ceyhan neft borunu təqdim elədik, onun üstündə də indi qaz boruları o cümlədən TANAP adlandıran öz işini fəaliyyətini başlayıb.

Demək istədiyi:

Xatırlatmaq istəyirəm ki, biz on il əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini təqdim etdik və onun üzərində də qaz boru layihələri, o cümlədən TANAP öz işinə başlayıb.

Dediyi:

Keçən ay Türkiyədə Ulduz neftqayırma zavodun açılşını oldu, o da gətirdi ki, Azərbaycanın sarmayaları Türkiyəyə, yalnız Türkiyəyə 15 milyarda, ABŞ dollara yaxın oldu.

Demək istədiyi:

Keçən ay Türkiyədə “STAR” neft emalı zavodunun açılışı oldu və bu da göstərdi ki, Azərbaycanın təkcə Türkiyəyə yatırdığı sərmayə 15 milyard ABŞ dollarına yaxındır.

Dediyi:

Biz inanırıq ki, bu enerji layihələr ondan sonra da çox faydalı olacaq, həm Azərbaycan üçün, həm Gürcüstan üçün, həm də Türkiyə üçün və davamlı olaraq Trans Adriatic Pipeline 2020-də İtaliya bazarina da Azərbaycandan istehsal olunan qazı gətirə bilər.

Demək istədiyi:

Biz inanırıq ki, bu enerji layihələri bundan sonra da davam edəcək və həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə üçün faydalı olacaq. Eləcə də TAP 2020-ci ildə İtaliya bazarına da Azərbaycanda istehsal olunan qazı çatdıra biləcək.

https://www.facebook.com/AzPosTV/videos/256506708542552/

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia