Azərbaycanın beynəlxalq axtarışa verdiyi Haldun Hacıyev Türkiyədə saxlanılıb və Azərbaycana ektradisiya edilib.
Report yazır ki, H.Hacıyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olub.
“Interpol” xətti ilə axtarışda olan digər Azərbaycan vətəndaşı Adil Ələsgərov da Ukraynada saxlanılıb. “ADF” şirkətinin prezidenti olan 41 yaşlı biznesmen vergidən yayınmaqda ittiham olunur. Hazırda onun ekstradisiyası üçün işlər davam etdirilir.