Samuxda elektrik yarımstansiyasındakı partlayışda yaralananlardan birinin vəziyyəti ağırdır

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.

“Report”un yazır ki, partlayış zamanı xəsarət alanlar var. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Yaralılardan biri 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

  • Noyabrın 13-də Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında test edilən zaman yanğın olub.

  • Bu il, iyulun 2-si və 3-də Mingəçevirdə yerləşən “Azərbaycan İES”də baş verən yanğında ölkə ərazisinin böyük hissəsi elektrik enerjisiz qalıb. Hadisədən sonra İlham Əliyevin sərəncamı ilə “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev vəzifəsindən azad olunaraq, yerinə Baba Rzayev təyin edilib.

Şərhini yaz

Şərhinizi yazın
Adınızı daxil edin