No Result
View All Result
Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.
“Report”un yazır ki, partlayış zamanı xəsarət alanlar var. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Yaralılardan biri 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Noyabrın 13-də Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında test edilən zaman yanğın olub.
Bu il, iyulun 2-si və 3-də Mingəçevirdə yerləşən “Azərbaycan İES”də baş verən yanğında ölkə ərazisinin böyük hissəsi elektrik enerjisiz qalıb. Hadisədən sonra İlham Əliyevin sərəncamı ilə “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev vəzifəsindən azad olunaraq, yerinə Baba Rzayev təyin edilib.
No Result
View All Result