Bazar, 16 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AXCP bəyanat yayıb

18 Noyabr 2018
A A
AXCP bəyanat yayıb

Milli Şura və AXCP-nin "Məhsul" stadionunda keçirdiyi mitinq. Foto: Turan

Azərbaycan Xalq Cəbhəsi Partiyası partiyanın sədri və fəallarının həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, Xalq Cəbhəsi Partiyası baş vermiş hadisəni Azərbaycanda sərbəst toplaşmaq kimi fundamental haqqa təcavüzün növbəti və daha eybəcər təzahürü kimi qiymətləndirir.

Partiya siyasi azadlıqların bərqərar olması üçün bundan sonra da ardıcıl fəaliyyət göstərəcək. Repressiyaların və təqiblərin AXCP-ni mübarizədən yayındırmayacağını qeyd edilib.

Partiya Əli Kərimlinin və digər üzvlərinin həbsdə saxlanılması, onlara müxtəlif inzibati cəzaların verilməsi tamamilə qanunsuz hesab edir.

Bəyanatda Əli Kərimlinin və onunla birgə saxlanılanların dərhal azad olunması tələb edilir.

Nə baş verib: Bu gün Milli Dirçəliş gününü qeyd etmək məqsədi ilə AXCP və Milli Şura üzvləri Şəhidlər Xiyabanına yürüş etmək istəyib. Polis mane olub və Cəmil Həsənli, Əli Kərimli başda olmaqla 53 fəalı Səbail rayon Polis İdarəsinə aparıb.

11 nəfərin ittihamı nələrdir: Saxlanılan 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddəsi ilə ittiham olunub.

Əli Kərimli hansı maddələrlə ittiham edilir: AXCP sədri Əli Kərimli iki maddə ilə; 513.2-ci və 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) ittiham edilir.

  • Bu maddələr üzrə ittiham olunan şəxslərin təqsiri məhkəmədə sübuta yetirilərsə, onları pul cəzası, ictimai işlərə cəlb etmə və ya 2 ay müddətinə inzibati həbs cəzası gözləyir.

  • Dünən gecə saatlarında Cəmil Həsənli və saxlanılan fəalların bir qismi azadlığa buraxılıb.

  • AXCP fəallarından Ruslan Qurbanlı 1000 AZN məbləğində cərimə olunub. O, saxlanılan zaman böyrəyindən zədə alıb və polislər onu səkiyə yıxaraq təpikləyib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia