Dünən Milli Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanında toplantı keçirmək istəyən zaman həbs edilən AXCP sədri Əli Kərimli və onunla birgə saxlanılanlar bu gün məhkəmə qarşısına çıxarılır.
“Qafqazinfo” yazır ki, saxlanılan 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddəsi ilə ittiham olunub.
AXCP sədri Əli Kərimli isə iki maddə ilə; 513.2-ci və 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə ittiham edilir.
Bu maddələr üzrə ittiham olunan şəxslərin təqsiri məhkəmədə sübuta yetirilərsə, onları pul cəzası, ictimai işlərə cəlb etmə və ya 2 ay müddətinə inzibati həbs cəzası gözləyir.
Nə baş verib: Bu gün Milli Dirçəliş gününü qeyd etmək məqsədi ilə AXCP və Milli Şura üzvləri Şəhidlər Xiyabanına yürüş etmək istəyib. Polis mane olub və Cəmil Həsənli, Əli Kərimli başda olmaqla 53 fəalı Səbail rayon Polis İdarəsinə aparıb.
Gecə saatlarında Cəmil Həsənli və saxlanılan fəalların bir qismi azadlığa buraxılıb.
AXCP fəallarından Ruslan Qurbanlı 1000 AZN məbləğində cərimə olunub. O, saxlanılan zaman böyrəyindən zədə alıb və polislər onu səkiyə yıxaraq təpikləyib.
Səbail rayon Polis İdarəsinin qarşısındakı cəbhəçilərə qarşı polis zorakılığı. Onları avtobusa yığıb ərazidən uzaqlaşdırırlar pic.twitter.com/s7RiXKYqk3
— Mikroskop Media (@MikroskopMedia) November 17, 2018