AXCP sədri Əli Kərimli 2500 AZN məbləğində cərimələnib.
Bu gün Səbail rayon məhkəməsinin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ilə təqsirli bilinib
Əli Kərimli məhkəmə qarşısında jurnalistlərə açıqlama verib:
“Harada qalmışdıqsa, oradan yola davam. Mən bu gün məhkəmədə Şəhidlər Xiyabanının hansı dövlət tədbirinə görə bağlandığının açıqlanmasını tələb etdim, bizə dedilər ki, turistlərə görə bağlanıb. Bu gün biz göstərdik ki, heç kim Şəhidlər Xiyabanını Azərbaycan xalqının üzünə bağlaya bilməz. Növbəti tarixi gündə yenə də birlikdə Şəhidlər Xiyabanına yürüyəcəyik”.