Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı AXCP fəallarının həbsi və cərimələnməsinə görə Azərbaycan hakimiyyətini tənqid edib.
Təşkilat yaydığı bəyanatda, noyabrın 17-də Bakıda dinc yürüş həyata keçirən müxalifət liderlərinin və fəallarının saxlanılmasını dinc toplaşmaq hüququnun pozulması kimi qiymətləndirib.
Təşkilat tələb edir:
Azərbaycan hakimiyyəti Azərbaycan Konstitusiyasında və Azərbaycanın ratifikasiya etdiyi insan hüquqları üzrə beynəlxalq müqavilələrdə tanınmış dinc toplaşmaq azadlığı hüququna zəmanət verməlidir.
Hakimiyyət dinc toplaşmaq azadlığı hüququnu həyata keçirmək cəhdinə görə həbs edilmiş fəalları dərhal azad etməlidir.