No Result
View All Result
Şahdağ Milli Parkında qonur ayını qanunsuz olaraq ovlayan 6 nəfər saxlanılıb.
Onlarda ov tüfəngləri və ayının dərisi aşkarlanıb.
Nə baş verib: Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib. Mühafizəçilər həmin istiqamətə yaxınlaşarkən 6 nəfər tərəfindən qonur ayının ovlandığını müşahidə edib.
Brakonyerləri saxlamağa cəhd olunsa da, onlar ərazidən uzaqlaşıblar.
Qonur ayı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.
No Result
View All Result