Yeni Zenlandiyanın Stevart adasında sahilə çıxan 145 balina həlak olub. Euronews yazır ki, balinaların sahilə çıxma səbəbi məlum deyil.
Rəsmilərin açıqlamasına görə, onların əksəriyyətinin öldüyü qeydə alınıb. Xilas etmək mümkün olmayan balinalar isə xüsusi dərmanla yatızdırılıb.
Yeni Zenlandiya dünyada balinaların ən çox sahilə çıxdığı yerlərdən biridir. İldə orta hesabla 85 balina sahilə çıxır və bunların əksəriyyəti sürü halında deyil, tək-tək olur.
Balinalar niyə sahilə çıxıb: Bunun səbəbi hələ tam bəlli deyil. Ehtimallara görə səbəblər arasında məməlilərin naviqasiya xətası, dənizlərdəki hazırkı coğrafi vəziyyət, suların hündürlüyünün sürətlə artıb azalması, xəstəliklər və ya ovçuların onları qovmağı ola bilər.