Bakı Metropolitenindən verilən məlumata görə noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Sportinq” – “Qarabağ” qarşılaşmasına görə “Koroğlu” stansiyasının girişi gecə saat 00:00-da bağlanmayacaq. Daha gec saatlara qədər açıq olacaq.
Nə baş verib: Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq. Görüşün sonu gecə yarısına təsadüf etdiyinə görə, “Qarabağ” futbol klubu azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün metronun bir saat gec – saat 1:00-da bağlanması xahişi ilə Bakı Metropoliteninə müraciət edib.