Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə telefon danışığı olub. Euronews yazır ki, liderlər Ukraynadakı vəziyyəti müzakirə edib. Vladimir Putin deyib ki, Ukraynada hərbi vəziyyət elan edilməsindən narahatdır.
Kremlin mətbuat xidmətinin yaydığı açıqlamaya görə, Putin Ukraynanı beynəlxalq hüququ pozmaqda ittiham edib:
“Ukraynadakı hərbi vəziyyətdən və ordunun döyüşə hazır vəziyyətə gətirilməsindən dərin narahatlıq keçiririk”.
Ötən gün Ukrayna parlamentində 30 gün müddətinə hərbi vəziyyətin elan olunması barədə qərar qəbul edilib.
Almaniyanın təklifi ilə baş tutan telefon danışığı zamanı Putin Almaniyanı rəsmi Kievə tələsik qərar qəbul etməkdən yayınmaq üçün təsir etməyə çağırıb.