Rusiya prezidenti Vladimir Putin G20 sammitində amerikalı həmkarı ilə görüşmək istəyir. Reuters yazır ki, prezident “Böyük İyirmilik” (G20) ölkələrinin Argentinada baş tutacaq sammitində ABŞ prezidenti Donald Trampla ticarət maneələri barədə danışmaq istədiyini deyib.
Prezidentlərin ikili görüşünün baş tutub-tutmayacağı isə dəqiq deyil. Ötən gün ABŞ prezidenti Donald Tramp görüşün ləğv edilə biləcəyini deyib.