Bir neçə gün əvvəl Krım yaxınlığında Rusiya hüquq mühafizə orqanları tərəfindən saxlanılan dənizçilər həbs edilib. Euronews yazır ki, saxlanılan 24 əsgərdən 12-i dünən Krımda Simferepol Məhkəməsinə çıxarılıb. Rusiya sərhədini pozmaqda təqsirli bilinən 12 əsgər 2 ay müddətinə azadlıqdan məhrum edilib. Digər 12 əsgərin məhkəməsinin də bu gün baş tutacağı gözlənilir.
Rəsmi Kiyev əsgərlərə verilən cəzanı tanımadığını bəyan edib.
Saxlanılan 20 ukraynalı əsgər Rusiya Dövlət Televiziyasına çıxarılıb və efirdə “əvvəlcədən planladırılmış provakasiyanın bir parçası olduqlarını” deyiblər.
Ukrayna isə əsgərlərin bu çıxışının onlara zorla etdirildiyini deyir.