Almaniyanın ən böyük banklarından olan Deutsche Bankda çirkli pulların yuyulması ittihamı ilə araşdırma başlayıb. Reuters yazır ki, bankın Frankfurt şəhəri və ətrafındakı 6 filialında 170-ə yaxın polis, prokuror və vergi müfəttişi yoxlamalara başlayıb.
Müfəttişlər bankın bəzi müştərilərinə çirkli pul yumaq üçün ofşor şirkətlər yaratmaqda kömək etməkdə ittiham edilən iki bank əməkdaşının fəaliyyətini araşdırır.