Aktyor Rza Rzayev barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb

Aktyor Rza Rzayevin məktəb direktoru Tural Mirzəliyevi döymə faktı ilə bağlı cinayət işi başlanıb.

“Report” yazır ki, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə açılan cinayət işinin istintaqını Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsi aparır.

Nə baş verib: Bir müddət əvvəl sosial şəbəkələrdə aktyor Rza Rzayevin 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb.