Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

2018-ci ilin ən güclü smartfonları hansılardır? – Mikroskopun siyahısı

02 Dekabr 2018
A A
2018-ci ilin ən güclü smartfonları hansılardır? – Mikroskopun siyahısı

Smartfon istifadəçisi. Foto: pixabay

Mobil telefon istehsal edən şirkətlər bu il də bu bazar üçün yeni modellər, yenilənmələr təqdim edib. Ələkbər Məmməd müxtəlif araşdırmaların nəticələrinə əsasən bu ilin ən güclü smartfonu hesab olunan mobil cihazların siyahısını Mirkoskop üçün hazırlayıb.
2018-ci ilin mobil telefon bazarı üçün ən uğurlu hesab olunan smartfonlar:
Sıralama təsadüfidir.

Galaxy S9/S9 Plus

Galaxy S9 və S9 Plus. Foto: trustedreviews.com

Samsung şirkəti bu il Galaxy markasının yeni – S9 və S9 Plus modellərini təqdim edib. Avropada Exynos 9810 (Samsung), qlobal bazarda Snapdragon 845 (Qualcomm) prosessoru, 4 GB RAM və 256 GB-a qədər yaddaş seçimi imkanına malik olan bu smartfondan il ərzində milyonlarla satılıb və uğurunu isbatlayıb. Ciddi kamera xüsusiyyətləri və Apple şirkətinə alternativ olaraq AR Emoji funksiyası ilə istifadəçilərin rəğbətini qazanan smartfon bu ilin ən güclü modellərindən biri olub.

Xiaomi Mi 8 / Mi 8 Pro

Xiaomi Mi 8 və Mi 8 Pro. Foto: Phonetech

Çin istehsalçısı olan Xiaomi şirkətinin bu ilin iyun ayında təqdim etdiyi Mi 8 modeli münasib qiymətə satıldığına görə, ən çox üstünlük verilən cihazlardandır. Snapdragon 845 (Qualcomm) prosessoru, 6/8 GB RAM və süni intellektə sahib kamerası ilə bu il istifadəyə verilən bir çox cihaza meydan oxuyan smartfon 2018-ci ilin ən yaxşılarından ola bilib. Modellə birlikdə təqdim olunan Mi 8 Explorer versiyasının ekrandaxili barmaq izi skaneri ilin ən innovativ funksiyalarından sayıla bilər.

Galaxy Note 9

Samsung Note 9. Foto: harveynorman.ie

Texniki xüsusiyyətlər baxımından Galaxy S9 modelindən bir o qədər də fərqlənməyən Note 9 kamera xüsusiyyətlərinin daha yüksək olması və S-Pen ilə ön plana çıxır.

iPhone Xs / Xs Max / Xr

iPhone Xs, Xs Max və Xr. Foto: appleinsider.ru

Bütün bençmark testlərində zirvədə olan bu modellər həqiqətən də ilin ən güclü cihazlarındandır. Digər smartfonlardan fərqli olaraq 7 nanometrlik A12 Bionic (Apple) prosessoru və ayrı-ayrılıqda 3 GB (iPhone Xr) və 4 GB (iPhone Xs və Xs Max) RAM seçimləri ilə təqdim olunan cihazlar digərlərindən ciddi performans fərqi ilə ayrılır. Buna baxmayaraq bu smartfonların qiyməti çox yüksək olduğuna görə, istehlakçıları bazardakı alternativlərə yönəlməyə sövq edir.

Pixel 3 / 3 XL

Pixel 3 və 3 XL. Foto: techeblog.com

Anroid əməliyyat sisteminin sahibi Google şirkətinin təqdim etdiyi bu cihazların ən fərqli xüsusiyyəti uzunmüddətli yenilənmə zəmanətinin olmağıdır. Bundan başqa, cihaz yenə də Snapdragon 845 (Qualcomm) prosessoru və 4 GB RAM ilə təchiz olunub. Dizaynla bağlı ekranda çox böyük kəsik olmağına görə şikayətlər edilsə də ilin ən güclü smartfonlarından biri hesab olunur.

Mate 20 Pro

Mate 20 Pro. Foto: hitech.vesti.ru

Huawei şirkətinin “ilk 7 nanometrlik prosessor” kimi təqdim etdiyi Kirin 980 (Huawei) ilə təqdim olunan Mate 20 Pro performansına görə ən iddialı smartfonlardan biridir. Prosessorun bundan əvvəlki – Kirin 970 versiyasında tətbiq etdiyi süni intellekt xüsusiyyətləri ilə smartfon bazarında innovasiyaya imza atan Huawei şirkəti bu dəfəki versiyada süni intellekt imkanlarını bir az da artırıb. 6 GB və 8 GB RAM seçimləri ilə satlan model bu ilin ən güclü smartfonları arasındadır.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia